Bakı Dövlət Sirkinin yeni fəaliyyətə başlayan orkestri ilk konsertini mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edib.

Kollektivin paytaxtdakı Zabitlər bağında təqdim etdiyi musiqi proqramında  Azərbaycan və dünya klassik musiqiləri yer alıb. Səyyar konsertdə görkəmli bəstəkar Rauf Hacıyevin musiqiləri, dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin məşhur “Azərbaycan ” mahnısı da daxil olmaqla 10-dan artıq əsər səsləndirilib.

Qeyd edək ki, Bakıda ilk sirk orkestri 1945-ci ildə milli truppa ilə birgə fəaliyyətə başlayıb. 1987-ci ilə kimi zəngin proqramla fəaliyyətini davam etdirən orkestr tamaşaçıların rəğbətini qazanıb.

Uzun illərdən sonra bu günlərdə Bakı Dövlət Sirki orkestr heyətini yenidən formalaşdırıb. Kollektivə istedad və bacarığı ilə seçilən gənclər cəlb edilib. Orkestr Bakı Dövlət Sirki ilə yanaşı, səyyar proqramlarla da çıxış edəcək.

LALƏ