Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirən və yaşadan məkanlardan biri də paytaxtdakı Heydər Əliyev Sarayıdır. Bu məkanda gerçəkləşmiş bir çox tədbirlər ulu öndərin adı ilə bağlıdır.

Heydər Əliyev Saray ümummilli liderin anadan olmasının 98-ci ildönümü münasibətilə onun əziz xatirəsinə həsr olunmuş “Tarixi səhnədə tarixi anlar” adlı layihəsini təqdim edib.

Layihədə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev və Əməkdar artist Əyyub Quliyev iştirak ediblər. Onlar dahi şəxsiyyətlə görüşlərdən, ünsiyyətdən tarixi anları, xatirələrini danışıblar. Layihə Heydər Əliyev Sarayının sosial media hesablarında paylaşılıb.