İşğaldan azad olunan Şuşada ilk “Xarıbülbül” Musiqi Festivalı münasibətilə
Ömrümüzün yazı sənsən,
Könlümüzün sözü sənsən,
Gözəlliyin özü sənsən,
Qarabağın yarı bülbül,
Xarıbülbül, xarıbülbül.
Gəl-gəl deyir çöllər sənə,
Heyran olub güllər sənə,
Könül verib ellər sənə,
Qarabağın yarı bülbül,
Xarıbülbül, xarıbülbül.
Vətən eşqi aşıb-daşdı,
Adın gəlcək gör nə coşdu,
Ürək sənə nəğmə qoşdu,
Qarabağın yarı bülbül,
Xarıbülbül, xarıbülbül.
Hüseyn BAĞIROĞLU