Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – "Azərbaycan–ispan danışıq kitabçası" işıq üzü görüb. Kitabça İspaniya və ispandilli ölkələrə işgüzar, turist səfərinə gedənlər, eləcə də ispan dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün nəzərdə tutulub.

Kitabçaya daxil edilən söz və ifadələr  "Əsas ifadələr", "Gediş və gəliş", "Mehmanxanada", "Şəhərdə", "Yeməklər və içkilər", "Əlaqə vasitələri", "Tibbi yardım", "Alış-veriş və xidmətlər", "Saylar", "Vaxt və tarix"  adlı bölümlər üzrə təqdim edilib.

Kitabın tərtibçisi Dövlət Tərcümə Mərkəzinin İspaniya–Azərbaycan ədəbi əlaqələri üzrə koordinatoru Aysel Əliyeva, redaktorları Belqrad Universitetinin ispan dili üzrə mühazirəçisi Francisco Capilla Martín və Bәhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.