Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov "Звучит Москва" (“Moskva səslənir”) XIX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının dəvəti ilə münsiflər heyətində iştirak edib.

Tanınmış xormeyster onlayn keçirilən Rusiya, İtaliya, Monteneqrodan olan münsiflərlə birgə müxtəlif ölkələrdən festivala qatılan xor kollektivlərinin klassik-akademik ifalarını dəyərləndirib.

Festival rəhbərliyi Vaqif Məstanova münsif kimi fəaliyyətinə, işinə xüsusi peşəkarlıqla yanaşdığına, eyni zamanda gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə verdiyi töhfələrə görə "Təşəkkürnamə" göndərib.

Vaqif Məstanov 1990-cı ildən Akademik Musiqili Teatrda baş xormeyster kimi fəaliyyət göstərir.