18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Turan” İstedadlar Birliyinin rəhbərliyi ilə “Xəzər” Etno-Art Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə və baş meneceri Rüfət Əliyev arasında onlayn görüş keçirilib.

Görüşdə tikintisi davam edən “Xəzər” Etno-Art Muzey Mərkəzi binasının mövcud vəziyyəti və perspektiv fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Mərkəzin səmərəli fəaliyyətinin təşkilində “Turan” İstedadlar Birliyinin həyata keçirilə biləcəyi layihələr də müzakirə olunub.

Birliyin sədri Ceyhun Hacıbəyov mərkəzin fəaliyyətinin dəstəklənməsi məqsədilə onun daxilində təşkil edilmiş kitabxanaya dünya ədəbiyyatı nümunələri, eləcə də müxtəlif elm sahələrinə aid nəşrlərdən ibarət kitab külliyyatının hədiyyə ediləcəyini bildirib.

Bildirək ki, 2016-cı ildə təsis edilən və ətrafında istedadlı gəncləri toplayan “Xəzər” Etno-Art Muzey Mərkəzi Azərbaycanda ilk şəxsi kolleksiyalardan ibarət muzeylərdən biridir.