“Art Management” vebinarlarına start verilir

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 25 may tarixində saat 20:00-da “Art Management” adlı silsilə tədbirlərə start verilir. 

Layihə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “art management” (sənət idarəçiliyi) istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə reallaşdırılır.

Qeyd etmək lazımdır ki, yaradıcılıq sənayesi (“Creative industry”) bütün dünyada inkişaf edir, yeni özünürealizə  və məhsul təqdim etmə imkanları yaradır.

Bu baxımdan ölkəmizdə əksər rəssamların “art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.  

“Art Management” vebinarlarının mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.  Treninqlər “Zoom” tətbiqi vasitəsilə keçiriləcək. 

Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesablarını izləyə bilərlər.