F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirdiyi “Qonağım ol” rubrikası davam edir. Rubrikanın növbəti qonağı uşaq yazarı Elvira Məmmədova olacaq.

Layihənin həyata keçirilməsində məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarların yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Oxucular canlı yayım vasitəsilə uşaq yazarı ilə onlayn həmsöhbət olmaq imkanı əldə edəcəklər.

Görüş mayın 21-də saat 13:30-da kitabxananın “İnstaqram” səhifəsində başlayacaq.