Prezident İlham Əliyev mayın 20-də Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xalq şairi Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, mayın 20-də Sabir Rüstəmxanlının 75 yaşı tamam olub.