Şamaxı rayonunun Kələxana kəndində yerləşən türbələr kompleksi (Kələxana türbələri) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə (8 türbə, inventar nömrə 4961) götürülüb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib (APA). Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub. Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. Türbələr kompleksi bərpa edilməsi dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb.

Bakı şəhəri Qaradağ rayonu ərazisində “Minəcik” adı ilə tanınan karvansara da dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.