Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 2021/2022-ci tədris ili üçün ümumi təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagird qəbulu davam edir.

Elektron sənəd qəbulu BXA tərəfindən aparılır. Müraciət edənlər ərizə formasını www.bxa.edu.az saytının “Qəbul” bölməsindən endirməklə doldurmalı və  bxa.mektebeqebul@gmail.com ünvanına göndərməlidirlər.

Qəbul üçün tələb olunan sənədlər: tam orta təhsil pilləsi rəhbərinin adına ərizə; doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti; tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq, nevropatoloq və pediatr rəyi); ümumi təhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin surəti; xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti; 3x4 ölçülü fotoşəkil (3 ədəd); yaşayış yerindən arayış; valideynlərin iş yerindən arayış; I siniflər üçün Təhsil Nazirliyi tərəfindən keçirilən elektron qeydiyyat (ərizənin surəti).

Mövcud şəraitlə əlaqədar olaraq, ərizəçilərə sənədlərin əyani qəbul vaxtı haqqında məlumat veriləcək.

Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu avqustun 27-də yekunlaşacaq.