Xəbər verdiyimiz kimi, bu il Turizm İnstitutunun ilk məzun buraxılışında əyani şöbəni bitirən 126 nəfərdən 74-ü diplom aldı.
   
   Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun bildirdiyinə görə, diplom ala bilməyənlərin növbəti ildə yenidən imtahan verib məzun olmaq şansları var: «Amma burada da müəyyən şərtlər var. Tələbə xarici dildən və ixtisas fənnindən dövlət imtahanı verir. Əgər tələbə hər iki imtahandan - xarici dil və ixtisas fənnindən kəsilibsə, onda 4-cü kursu yenidən oxumalıdır. Bir imtahandan kəsiri olanlar isə payızda imtahan verib diplomlarını ala bilərlər». O ki qaldı ümumiyyətlə dövlət imtahanına buraxılmayan tələbələrə, həmsöhbətimiz bildirdi ki, onların da diplom almaq şansları var: «İnstitutumuzda təhsil Bolonya prosesinə uyğun aparılır. Bu sistemin qaydalarına görə, əvvəlcədən kəsiri olan tələbələrə kəsrlərini «əritmək» üçün imkanlar yaradılır. Bizim hətta 15 kəsiri olan tələbəmiz var. Diplom almaq istəyən tələbələr kəsirlərini ödəməlidirlər. Biz bu məqsədlə yay məktəbləri təşkil etmişik. Müəyyən müddət ərzində tələbələr nisbətən qısaldılmış dərslərə gəlirlər, sonra isə imtahan verirlər. Biz az sayda tələbənin diplom almasında qətiyyən maraqlı deyilik. Əksinə, təhsil alan tələbələrin hamısının diplom almasını istəyirik».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar