F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az internet saytında ingilis yazıçısı və illüstratoru Sam Zuppardinin “Cek daha qorxmur” (“Jack’s Worry”) adlı kitabın elektron variantını oxucuların istifadəsinə verib.

6-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitab clb.az saytının “Elektron kitablar” bölməsinə yerləşdirilib.

Uşaqlar üçün illüstrativ kitabların müəllifi olan gənc yazar Sam Zuppardi İngiltərənin York şəhərində yaşayır. “Cek daha qorxmur” kitabı 2016-cı ildə nəşr olunub.

Kitabın Azərbaycan dilinə tərcüməçisi Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin əməkdaşı, yazıçı, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır.

Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözləməsi, amma o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edə biləcəyi ehtimalından həyəcan və narahatlıq keçirməsi, daha sonra isə anasının dəstəyi ilə qorxusuna üstün gələrək arzu və məqsədlərinin ardınca getməsindən bəhs olunur.