İyulun 24-27-də Gürcüstanın Batumi şəhərində “Muzey - mədəni turizm” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın işinə Avropa və Qafqazda muzey işi ilə məşğul olan 40-dan çox ekspert qatılıb. Ekspertlərin sırasında Gürcüstanla yanaşı, Türkiyə, Azərbaycan, Ukrayna və digər ölkələrin muzeylərinin nümayəndələri var.
Konfrans iştirakçıları tədbirin ilk günündə “Mədəni turizmin həyata keçirilməsi və turistlərə müasir üsullarla xidmət və infrastrukturun inkişafı” mövzusunu müzakirə ediblər.
Tədbirin məqsədi Avropa və Qafqazda fəaliyyət göstərən muzeylərin yaxınlaşmasına kömək etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirməkdir.