Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki  F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində 1 iyun –Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş bayram konserti keçirilib.

Açıq havada təşkil olunan konsertdə məktəbin xoreoqrafiya şöbəsi, nağaraçalanlar ansamblları, məktəbin böyük xoru, kiçik xoru çıxış edib. Bu, F.Əmirov adına İncəsənət məktəbi şagirdlərinin pandemiya şəraitindən sonra ilk bayram tədbiri olub.