Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzi rayon İcra Hakimiyyəti ilə birgə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş bayram konserti təşkil edib.

Bayram konsertində İkinci Qarabağ uğrunda döyüşlərdə canlarından keçən şəhid və qazi övladları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət mərkəzinin yaradıcı kollektivinin musiqi töhfələri ilə qonaqlar qarşısında çıxış ediblər.