Parisdə yaradıcı uşaqlara həsr olunan “The Golden Festival İnternational” (Beynəlxalq Qızıl Festival) keçirilib. Avropa Elm, Mədəniyyət və İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən onlayn sənət yarışına dünyanın müxtəlif ölkələrindən uşaqlar qatılıblar.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, beynəlxalq festivalda Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik Musiqi məktəbinin skripka ixtisası üzrə şagirdləri Mədinə Məşədihüseynova “Qran-pri” mükafatına və Humay Bayramzadə l yerə layiq görülüb. Hər iki məktəbli müvafiq diplomlarla təltif edilib.

Həmçinin şagirdləri yüksək peşəkarlıqla hazırladıqlarına və məhsuldar əməkdaşlığa görə ixtisas müəllimi N.Ələkbərova və konsertmeyster A.Malxazova münsiflər heyəti tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.