Türkiyə hökuməti Ankarada «Disneylend» parkı inşa etmək niyyətindədir. Türkiyə mətbuatının yazdığına görə, hökumət bunun nəticəsində Ankarada yeni iş yerlərinin açılacağına, o cümlədən hotellərin, biznes mərkəzlərinin bir qədər də canlanacağına ümid edir. «Disneylend» sayəsində Ankaraya gələn turistlərin sayı ildə təxminən 6 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılır.
   Artıq avqust ayı ərzində «Disneylend»ın inşa olunacağı ərazi tender vasitəsilə satışa çıxarılacaq. Layihənin ümumi dəyəri təxminən 750 milyon dollar təşkil edəcək.
   Xatırladaq ki, «Disneylend» «Uolt Disney» şirkətinin dünyada tanınmış və gəlirli əyləncə parkıdır. Parkda şirkətin çəkdiyi cizgi filmləri və nağıllarının qəhrəmanları təsvir olunub.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar