F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqların mənəvi dünyasını yaxşı mənada istiqamətləndirmək üçün müxtəlif layihələr, onlayn təqdimatlar həyata keçirir.

Növbəti təqdimat 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilib.

Respublika Uşaq Kitabxanasının daimi oxucuları olan Bakı şəhəri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin şagirdlərinin əlamətdar günə həsr edilmiş rəsmlərinin sərgisi virtual formatda təqdim edilib.

Aşağıdakı link vasitəsi virtual rəsm sərgisi ilə tanış ola bilərsiniz:

http://clb.az/elektron/1%20iyun_UBMG/index.html