Vətən müharibəsinə könüllü qoşularaq, qanı-canı bahasına Zəfəri bizə bəxş edən qazilərimiz daim diqqət mərkəzindədir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə qəhrəman döyüşçülər Taleh Aşurov, Xəyal Qarayev, Seyidəkbər Xaliqov, Əliheydər Mayılov, Namiq Rufullayev ziyarət olunub. Baş idarənin əməkdaşları qazilərin qayğıları ilə maraqlanıb, onlara sovqat təqdim ediblər.