Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.
Qalereyadan bildirilib ki, iyunun 4-də saat 20:00-da açılacaq sərgi 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı yağıdan təmizləyərək xalqımıza şanlı Zəfər qazandıran Azərbaycan Ordusunun qəhrəmanlığına həsr olunub. Məhz bu Qələbənin sayəsində Azərbaycan mədəniyyətinin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesinə başlanılıb.
Virtual sərginin ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və digər rəssamların işləri yer alacaq.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.