İyunun 4-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” üçcildliyinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə qeyd edib ki, çox əhəmiyyətli və vacib mövzuya toxunan müəllif zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlıq gətirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli, Xalq şairi Sabir Rüstəmxanlı, digər çıxış edənlər kitab haqqında fikir və mülahizələrini bölüşüblər.

Vurğulanıb ki, əsərlərdə Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə bütöv yanaşma var.