AMEA Folklor İnstitutu Türk xalqları folkloru şöbəsinin əməkdaşı Qumru Şəhriyarın “Cəbrayıl: Qalalı məhəlləsi” adlı kitabı işıq üzü görüb.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən kitabda XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni təcavüzündən yaxa qurtarmaq üçün Cəbrayıl qəzasına üz tutan şuşalılardan və onların burada qurduqları Qalalı məhəlləsindən bəhs olunur. Nəşrdə Şuşadan gələnlərin rayonun ictimai-mədəni həyatında rolundan, Cəbrayılın işğal altında olduğu illərdə keçirdikləri tədbirlərdən söz açılır və ümumilikdə ziyalıların fəaliyyətinə nəzər salınır.

Kitabın məsləhətçisi Azərbaycan Tibb Universitetinin professoru Nadir İsmayılov, redaktorları filologiya üzrə fəlsəfə doktorları Nailə Əskər və Nigar Həsənovadır.

Kitab Qarabağın, xüsusilə də Şuşa və Cəbrayılın tarixini, etnoqrafiyasını, folklorunu öyrənmək üçün dəyərli mənbədir.