Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbi “Uşaqların gözü ilə dünya" adlı konsert keçirib.

Konsertin keçirilməsində məqsəd uşaqların hüquqlarının müdafiəsi, hər bir uşağın üzərinə düşən hüquq və vəzifələrdən xəbərdar olmasını diqqətə çatdırmaqdır.

Təhsil ocağının müəllim və şagirdlərinin iştirak etdiyi konsertdə uşaqlar öz ifaları ilə həmyaşıdlarına xoş duyğular bəxş ediblər.

Konsert açıq havada, pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub.