Elmi konfransa tezis qəbulu başa çatıb

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransı keçiriləcək. Elmi konfransa tezis qəbulu başa çatıb.

Qalereyadan bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların təşviq edilməsi, eləcə də yeni mövzu və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunur.

Qeyd edək ki, elmi konfransda iştirak üçün müəyyən edilmiş mövzular üzrə tezislər  mayın 31-dək qalereyanın resmqalereya@gmail.com elektron ünvanında qəbul olunub.