Noyabrın 25-də Milli Kitab Mükafatı müsabiqəsi - 2010-a start verilib. Bununla bağlı Atatürk Mərkəzində mətbuat konfransı keçirilib. Milli Kitab Mükafatı Müsabiqəsinin təşkilatçılarından “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli bildirib ki, ötən müsabiqədə olduğu kimi, bu dəfə də bir sıra qurumlar müsabiqəyə dəstək verəcək.
   Yalnız nəsr əsərləri üzrə keçirilən müsabiqə 7 ay davam edəcək. Müsabiqəyə təqdim olunan əsərlərin həcmi 40 min işarədən az olmamalıdır. Əsərlər yanvarın 10-a kimi qəbul olunacaq. Bundan sonra ekspertlər şurası öz işinə başlayacaq.
   Uzun siyahı martın 20-də, qısa siyahı martın 27-də açıqlanacaq. Qaliblərin adları mayın 31-i elan olunacaq.
   Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat ilə mükafatlandırılacaq.
   Mükafatın baş sponsoru “Bakcell” mobil rabitə şirkəti, sponsorları isə “Unibank” və “Əli və Nino” Nəşriyyat evidir.
   Ötən il ciddi müzakirələrə səbəb olan münsiflər heyətinin tərkibində də dəyişikliklər ediləcək. Nigar Köçərli deyir ki, münsiflər heyətində maraqlı simalar yer alacaq. Builki müsabiqənin yeniliyi də var. Nominasiyalar sırasında “İngilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə” nominasiyası da əlavə edilib.
   Amerika səfirliyi qalibi 1000 manatla mükafatlandıracaq.
   Qeyd edək ki, 2009-cu ildə təsis edilən mükafatın birinci qalibi gənc yazar Elxan Qaraqan ("A" romanı) olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar