F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qarabağın zəngin irsini – gələcək nəsillərə” layihəsi çərçivəsində “Qarabağ xalçaları” adlı maarifləndirici buklet və əlfəcinləri (kitabiçi) istifadəçilərə təqdim edib.

Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələrindən olan  Qarabağ xalçalarını uşaq və yeniyetmələrə tanıtmaq və təbliğ etməkdir. Təqdim olunan məlumatlar Respublika Uşaq Kitabxanasının elektron informasiya bazasına istinad edilərək ərsəyə gəlib.

Nəfis tərtibatda hazırlanmış maarifləndirici buklet və əlfəcinlər işğaldan azad olunan doğma yurd yerlərimizə aid zəngin xalçaçılıq sənətinə uşaqlarda marağı artıracaq. Maraqlı naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz qədim xalça nümünələri haqqında məlumatlar Azərbaycan və ingilis dillərində verilib.

Buklet və əlfəcinlərlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1-diukfrlDlideUcsBKzbXnRhVj9w8Ecy/view