Tanınmış alim, fəlsəfə elmləri doktoru Yadigar Türkel iyunun 6-da, 70 yaşında vəfat edib.
Yadigar Türkel 1951-ci aprelin 28-də Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1993-cü ildə “Ekoloji mədəniyyətin formalaşmasının sosial-fəlsəfi və tibbi aspektləri” mövzusunda namizədlik, 2005-ci ildə “İnsan, təbiət və cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1999-cu ildən AMEA-nın Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi olub.
“İnsan, təbiət və cəmiyyət”, “Dünyanın mahiyyəti və dərki haqqında”, “Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları” və s. kitabların müəllifidir.
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” və “Milli birlik” kitablarının yeni nəşrlərinin (2008, 2009) tərtibçisi və redaktoru olub.
Allah rəhmət eləsin.