Respublika Gənclər Kitabxanası müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə materiallar hazırlayıb.

Kitabxanadan bildirilib ki, şairin yubileyi münasibətilə “Xalqın səsinə çevrilən misralar” adlı biblioqrafik vəsait, “Dünənlə sabahın şairi” başlığı altında tammətinli kitabların virtual sərgisi tərtib edilib.

Biblioqrafik vəsaitdə Sabir Rüstəmxanlının həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, ön söz yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93-ü Azərbaycan, 10-u türk, 9-u rus dilində), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.

“Dünənlə sabahın şairi” adlı virtual sərgidə müəllifin əsərləri və haqqında yazılmış tammətnli kitabların biblioqrafik təsviri və annotasiyalar, sitatlar, şəkillər və həmin kitabların yerləşdirildiyi saytların linkləri qeyd olunub. Hər iki vəsait kitabxananın saytında, sosial şəbəkə səhifələrində yerləşdirilib.

 Sözügedən materiallar aşağıdakı linklərdə təqdim olunur.

https://www.instagram.com/tv/CPunSfqhtmW/

http://ryl.az/files/S.R.biblioqrafiya.pdf