Pandemiya dönəmində də beynəlxalq teatr təşkilatları ilə əlaqələri kəsməyən Bakı Uşaq və Gənclər Teatrına Beynəlxalq Teatr İnstitutu (BTİ) tərəfindən təşəkkür sertifikatı təqdim olunub.

Bakı Uşaq və Gənclər Teatrı artıq bir neçə ildir ki, Beynəlxalq Teatr İnstitutu ilə əlaqələr qurub. Teatrın direktoru və bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan BTİ-nin  Ənənəvi Səhnə Sənətləri Forumunun idarə heyətinin üzvüdür və bu çərçivədə keçirilən simpoziumlara qatılır.

Pandemiya dövründə BTİ-nin teatr ictimaiyyətinə ünvanladığı çağırışı Bakı Uşaq və Gənclər Teatrı sosial şəbəkə hesablarında (Arzu Soltanın tərcüməsində) paylaşaraq onlara dəstək verib. Bu çağırışda fəal iştirakına görə teatra BTİ tərəfindən ingilis və fransız dillərində minnətdarlıq sertifikatı göndərilib.