Azərbaycanın tanınmış opera müğənnisi Azər Zadə İtaliyanın Verona şəhərindəki qədim Roma amfiteatrı – Arena di Veronanın səhnəsində Cüzeppe Verdinin “Aida” operasında çıxış edəcək.

Tamaşa 19-22 iyun tarixində, “Aida” operasının premyerasının 150 illiyi münasibətilə təqdim olunacaq. Azər Zadə operada Radames partiyasını ifa edəcək. Tamaşa məşhur italyan dirijoru Rikkardo Mutinin rəhbərliyi ilə təqdim olunacaq.

İtalyan bəstəkar C.Verdinin dördpərdəli “Aida” operası ilk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulub.  Hadisələr qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini sarayın mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir.

LALƏ