“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu və ASAN Radionun birgə həyata keçirdiyi “Ədibin Evindən hekayələr” adlı media layihəsi davam edir.

“Ədibin Evindən hekayələr” layihəsi 15 Iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Layihənin növbəti buraxılışında görkəmli ədib Mir Cəlalın “Bostan oğrusu” hekayəsi səsləndirilib. Hekayəni Akademik Milli Dram Teatrın əməkdaşı Hacıbaba Məmmədov qiraət edib.

Ədibin Evindən hekayələr” layihəsinin məqsədi rəqəmsal mühitdə gənc nəsli oxuya həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid əsərlərini tanıtmaqdır.

“Ədibin Evi”  yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır. 2017-ci ildə ev bərpa edilərək mədəniyyət ocağı kimi istifadəyə verilib.  2021-ci ildən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərir.

Kitab qədər sadiq dost yoxdur. Sizi “Ədibin Evindən hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik.

Layihənin növbəti buraxılışı bu linkdə: https://www.facebook.com/ASANRadio/videos/492271088707208/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C