ABŞ ölkəyə giriş xərclərini artırıb. Bu barədə ABŞ-ın Gömrük və Sərhəd Xidməti açıqlama yayıb. Bu addım sərhədi keçənlərin elektron qeydiyyatı sisteminin işinə xərclərin artması ilə əsaslandırılıb. Beləliklə, sentyabrın 8-dən etibarən ABŞ-a vizasız daxil olma hüququ olanlar ölkəyə gəlməmişdən öncə əvvəlki kimi 10 dollar deyil, 14 dollar ödəməlidirlər.
Bu qərar Birləşmiş Ştatları görmək istəyən turistlərdən də yan keçməyib. Vizasız rejim bir sıra ölkələrin (Andorra, Norveç, Avstraliya, İrlandiya, Portuqaliya, Avstriya, İtaliya, San-Marino, Belçika, Yaponiya, Sinqapur, Bruney, Cənubi Koreya, Slovakiya, Çexiya, Latviya, Sloveniya, Danimarka, Lixtenşteyn, İspaniya, Litva, İsveç, Finlandiya, Lüksemburq, İsveçrə, Fransa, Malta, Böyük Britaniya, Almaniya, Monako, Yunanıstan, Niderland, Macarıstan və Yeni Zelandiya) vətəndaşlarına turizm və qısa biznes ziyarəti məqsədilə 90 gün müddətinə ABŞ-a səfər etmək imkanı verir.
Fəxriyyə