Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) – The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları tanıdılıb.

Mayın 9-dan 12-dək davam edən sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilib, milli şirniyyatların dequstasiyası keçirilib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov da milli stendimizi  ziyarət edərək sərginin işi ilə tanış olub.

Həmçinin sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilib, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.