Dekabrın 1-3-də Xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə Göyçay rayonunun Heydər Əliyev Mərkəzində gerçəkləşəcək. Müsabiqədə 18 yaşından 30 yaşına qədər şəxslər iştirak edə bilər. Qalibləri müəyyən etmək üçün münsiflər heyəti yaradılıb. Müsabiqə qalibləri I mükafat - 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat - 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat - 250 manat, III dərəcəli diplom və laureat adı, eyni zamanda hər biri 100 manat məbləğində olan 3 həvəsləndirici mükafatla təltif olunacaqlar.