Almaniya hökuməti ölkəni tərk edən aviasərnişinlərin hamısı üçün 2011-ci ilin yanvarından rüsum tətbiq edilməsi barədə qərar qəbul edib. Rüsum qısa məsafələr üçün 8 avro, 2500-6000 kilometr məsafə üçün 25 avro, uzunluğu 6000 kilometrdən çox olan marşrutlar üçün isə 45 avro nəzərdə tutulub. Üstəlik, bu rüsum, ayrıca yer tutmayan 2 yaşınadək körpələr istisna olmaqla, bütün sərnişinlərdən tutulacaq.
   Bundan əlavə, vahid biletlə Almaniya ərazisindən keçən və təyyarə dəyişməyə 12 saatdan çox vaxt sərf etməyən (uzaq reys üçün yerdəyişmə edən sərnişinlər üçün 24 saatdan çox olmamaq şərtilə) turistlər üçün də istisna ediləcək. Belə tranzit uçuşlar milli aviadaşıyıcı “Lufthansa”nın biznesinin əsasını təşkil edir. “Air Berlin” və “Germanwings” aviaşirkətləri isə tranzit uçuşları nisbətən az təklif edirlər.
   “Lufthansa”dan mətbuata verilən xəbərə görə, sərnişinlər rüsum haqlarını ödəyə bilmədiyi üçün tarifləri qaldırmağa məcburdur. Şirkət hökumətin qərarını “əcnəbi hava limanlarının və daşıyıcıların stimullaşdırılması vasitəsi” adlandırıb. Yeni rüsumun tətbiqi nəticəsində sərnişinlərin qonşu ölkələrin rüsumsuz hava limanlarına axını başlanacaq. Bu yaxınlarda oxşar qayda Niderlandda sınaqdan keçirilib və 2 ilədək müddət ərzində qüvvədə olub. Lakin ölkə iqtisadiyyatına xeyli ziyan vurduğu üçün bu il ləğv edilib.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar