Bakı Turizm İnformasiya Mərkəzi bugünlərdə Rusiya Turizm Sənayesi İttifaqına üzv olub. Mərkəzin turizm işi üzrə baş mütəxəssisi Bəxtiyar Qılıncovun bildirdiyinə görə, hazırda Rusiya və qonşu ölkələrin turizm fəaliyyəti ilə məşğul olan 650-dən çox qurumu həmin ittifaqın üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən təşkilat 1300 hotel, turizm şirkəti, sanatoriya-istirahət müəssisəsi, turizm təhsili verən ali və orta ixtisas məktəbinin və digər qurumların maraqlarını qoruyur. İttifaqın Rusiyanın 70 şəhərində filialı var. Bakı Turizm İnformasiya Mərkəzinin bu nüfuzlu təşkilata üzv olması Azərbaycanın turizm potensialının Rusiyada daha geniş tanıdılmasına xidmət edəcək.
   Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında 2006-cı ilin sonlarında yaradılıb. Hazırda Azərbaycanın 8 regionunda - Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda turizm informasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə, turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır. Sonra bu məlumatlar Bakı Turizm İnformasiya Mərkəzinə ötürülür və buradan da mərkəzin saytı (www.turizm.az) vasitəsilə yayılır.
   
    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar