Birləşmiş Ərəb Əmirliklərinin aparıcı qəzeti Azərbaycanın turizm potensialından yazıb
   
   Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı qəzeti sayılan "əl-Bəyan" Azərbaycana bir neçə məqalə həsr edib. Bakının tarixinə və şəhərin arxitektur mirasına həsr edilən məqalələrdən biri, "Qədim Bakı Şərqin Parisidir" başlığı altında çıxıb.
   
   Məqalə tarixi minilliklərə gedib çıxan köhnə şəhərin qədim qala divarlarının təsviri ilə başlayır. Qeyd olunur ki, Xəzər dənizi sahilində yerləşən Bakı qalası tarixən ticarət mərkəzi olub. Ora müxtəlif ölkələrdən tacirlər gəlib və tezliklə mühüm liman şəhərlərindən birinə çevrilib. "22 hektar ərazidə yerləşən qala divarları hazırda Bakının mərkəzində yerləşir və UNESCO tərəfindən qorunur", - deyə məqalədə bildirilir.
   Məqalə müəllifi uzun müddət Əmirliklərdə yaşamış Livanın məşhur səyyahı Qeys Bişarın sözlərini və İçərişəhərin dar küçələri haqqında təəssüratlarını göstərərək yazır ki, sərin dar küçələri, əncir və zeytun ağacları insanı bu şəhərə yenidən qayıtmağa məcbur edir. Məqalədə qədim binaları bərpa edən Azərbaycan hökumətinin tarixi abidələrin qorunmasına göstərdiyi qayğıdan da geniş bəhs olunur.
   Məqalə müəllifi yazır ki, XIX əsrdə əhalisi və ərazisi sürətlə artan Bakı Abşerondakı neft mədənləri sayəsində çar Rusiyasının böyük şəhərlərindən birinə çevrilib: «Bu dövrdə şəhərin arxitektura görünüşü Avropa çalarları alıb: qotik və barokko üslubunda tikilən binalar ağ daşlarla üzlənib və nadir dözümlülüyü ilə seçilir. Arxitekturaya verilən böyük töhfə sayəsində Bakı «Şərqin Parisi»nə çevrilib".
   Qəzetdə "Quba - Qafqazın alma bağı və məhsuldar torpaq" başlığı altında ayrıca məqalə Qubaya həsr edilib.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar