Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik Musiqi məktəbi 2020-2021-ci tədris ili üzrə yekun hesabat konsertini onlayn formatda təqdim edib.

İdarədən bildirilib ki, məktəbin şagirdləri bir-birindən fərqli nömrələrlə həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Qeyd edək ki, məktəb 2020-2021-ci tədris ilini müvəffəqiyyətlə tamamlayıb, bir çox şagirdlər həm beynəlxalq, həm də respublika müsabiqələrində uğurla iştirak edərək laureat adına layiq görülüblər. Videoçarx məktəbin sosial şəbəkə hesabları üzərindən paylaşılıb.