İnventarizasiya zamanı tapılmışdı

 

Fransalı rəssam Jan-Onore Fraqonarın (1732-1806) rəsm əsəri Eperne hərrac evində 7,68 milyon avroya satılıb.

Söhbət bu ilin martında yerli departamentin xüsusi mənzillərindən birində inventarizasiya zamanı tapılan “Filosof oxuyarkən” rəsmindən gedir. Oval formalı əsər rəssamın dostu miniatürçü Pier Adolf Holla məxsus olub, ancaq son iki yüz ildə heç kimin yadına düşməyib.

Son yüz ildə əsər həmin ailənin nümayəndələri tərəfindən saxlanılırdı. Ancaq rəsm auksionçu Antuan Petitə təqdim olunmayınca onun dəyəri barədə heç kim bilməyib. Auksionçu rəsmin əks tərəfində müəllifin karandaşla öz adını yazdığını görəndən sonra əsərin kim tərəfindən çəkildiyi məlum olub.

CAVİD