“Azerbaijan İnternational” jurnalının “Əli və Nino” romanına həsr olunmuş xüsusi sayı təqdim olunacaq
   
   Dekabrın 3-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda 1993-cü ildən ABŞ-da fəaliyyət göstərən “Azerbaijan İnternational” jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçiriləcək. İlk dəfə Azərbaycan dilində nəşr edilən jurnalın bu sayı məşhur “Əli və Nino” romanına həsr olunub. Jurnalın baş redaktoru Betti Bleyerin tədqiqatı Qurban Səid təxəllüsü ilə qələmə alınan romanın müəllifinin həqiqi kimliyinə yeni faktlarla işıq salacaq.   

    Jurnalın bu nömrəsində yer alan və son altı ili əhatə edən tədqiqat təkcə Azərbaycanda deyil, eyni zamanda Tbilisi, Vyana, İstanbulda, habelə ABŞ-da aparılıb. Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin (UCLA) geniş kitab kolleksiyasının isə tədqiqatın aparılmasında əvəzsiz xidməti olub. Tədqiqatda 10 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, fars, gürcü və isveç dillərində olan sənədlərdən istifadə edilib.
   Qeyd edək ki, “Əli və Nino” əsəri ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilində 100-ə yaxın nəşri mövcuddur. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilib. Bu adın avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsü olduğu bildirilir və uzun illər o, əsərin müəllifi hesab edilib. Daha sonra amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu irəli sürüb. Onun müsəlman kimi doğulduğu, əsl adının Məhəmməd Əsəd bəy olduğu da bildirilir. Tədqiqatların bir qismi isə əsərin Yusif Vəzir Çəmənzəminliyə aid olduğunu göstərir. Roman ətrafında dolaşan fikirlər hələ də davam edir.
   
   Ülviyyə Heydərova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar