Müsabiqənin qalibləri mükafatlandırıldı
   
   Noyabrın 30-da Badamdar qəsəbə Mədəniyyət Evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə şəhər kitabxanalarında məktəbli oxucular arasında keçirilmiş “Kitabla dost ol, ən fəal oxucu ol“ müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir gerçəkləşdi. Tədbiri giriş sözü ilə M.Qorki adına kitabxananın müdiri Nüşabə Ələkbərova açaraq müsabiqənin əhəmiyyətindən söhbət açdı: “Başlıca məqsədimiz məktəblilər arasında kitaba, mütaliəyə marağı artırmaq, eyni zamanda uşaqların bir şəxsiyyət kimi formalaşmasında kitabın və kitabxanaların nə qədər əhəmiyyətli rol oynadığını diqqətə çatdırmaqdır”.
    Sonra müsabiqə qaliblərini mükafatlandırmaq üçün söz Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şöbə müdiri Gülnarə Seyidovaya verildi. O qalibləri salamlayaraq 20 məktəbliyə hədiyyələr təqdim etdi.
   Müsabiqə qalibləri adından çıxış edən Əsmər Ələkbərova məktəbli oxucular arasında kitaba maraq yaratmaq məqsədilə təşəbbüs göstərən, zəhmət çəkən bütün aidiyyəti təşkilatlara və şəxslərə minnətdarlığını bildirdi.
   Tədbirdə Səbail Rayonu İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, şair İlyas Tapdıq, “Ulduz“ jurnalının redaktoru Gülzar İbrahimova, uşaq yazıçısı Qəşəm İsabəyli çıxış edərək bu mövzuda silsilə tədbirlərin gələcəkdə davam etdirilməsinin vacibliyini vurğuladılar.
   Çıxışlardan sonra Badamdar qəsəbə Mədəniyyət evi xalq çalğı alətləri ansamblının və Bakı şəhər musiqi məktəbləri şagirdlərinin ifasında musiqili-ədəbi proqram təqdim olundu.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar