Sənətşünaslıq üzrə elmlər doktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü İradə Köçərli Gədəbəy Aşıq Məktəbində olub.
Bu barədə məlumat verən məktəbin direktoru Etibar Əliyevin bildirdiyinə görə, alim “Aşıq sənəti: sinkretizm və sintez problemləri”, “Aşıq sənəti: musiqili-poetik janrlar”, “Qurbani dastanı” (musiqili-poetik mətn), “Zülfüqar bəy Hacıbəyov və Azərbaycan musiqi folkloru”, “Musiqi dolu sətirlər” və s. kitablarını tədris ocağına hədiyyə edib.
Qonaq məktəbin fəaliyyəti, aşıq sənətinin tədrisi ilə maraqlanıb, məktəbdə yaradılan muzeylə tanış olub, tövsiyələrini verib.
Professor İradə Köçərli aşıq sənəti ilə bağlı tədqiqatların, kitabların müəllifi, bu sahədə Azərbaycandan kənarda da tanınan alimdir.