Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi rusiyalı jurnalist Yuri Siqovun müəllifi olduğu "Azərbaycan - Qərb ilə Şərq arasında" kitabını çex dilinə tərcümə etdirib və Praqanın "Marriott" mehmanxanasında təqdimat mərasimini keçirib. Tədbirdə Çexiya mədəniyyət nazirinin birinci müavini Frantişek Mikeş, Çexiya Senatının üzvləri Yan Hornik və Vatslav Koukal, yerli jurnalistlər, iş adamları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
   Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə tədbiri açaraq Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli əlaqələr haqqında qısa məlumat verib. Kitabın müəllifi Yuri Siqov Azərbaycana səfərini xatırladaraq, ölkəmizin Şərqlə Qərb, müxtəlif mədəniyyətlər arasında körpü deyil, nadir əlaqə olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda onu heyrətləndirən əsas amilin hazırda Qərb ölkələrində çox nadir hallarda rast gəlinən qonaqpərvərlik olduğunu bildirib.
   Tədbirdə kitabın bir nüsxəsi Çexiya mədəniyyət nazirinin birinci müavini Frantişek Mikeşə təqdim edilib.