Azərbaycan saz-söz sənətinin görkəmli simalarından olan Aşıq Ələsgərin seçmə şeirlərindən ibarət kitab Türkiyədə işıq üzü görəcək.

Azərbaycan Aşıqlar Birliyindən verilən məlumata görə, ustad sənətkarın anadan olmasının 200 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən nəşrə hazırlanan kitabda yer alacaq şeirləri Türkiyə türkcəsinə şair Kənan Çarboğa uyğunlaşdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba geniş ön söz yazıb.

Kitab Aşıq Ələsgərin zəngin poetik irsinin Türk dünyasında, o cümlədən də Türkiyədə geniş tanıdılmasına töhfə olacaq.