Noyabrın 23-dən başlayaraq «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubu və Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi birgə layihə çərçivəsində Bakı şəhərində gündəlik şəhər turları həyata keçiriləcək.
Bu barədə məlumat verən «Skal Bakı» klubunun rəhbəri Ruslan Quliyevin sözlərinə görə, ölkəmizdə turizmin təbliği məqsədilə reallaşdırılan bu yeni layihə dünya təcrübəsinə əsaslanır. İndiyə qədər Paris, Dubay və digər şəhərlərdə belə bir təcrübə tətbiq edilib və effekti də yüksək olub. Gündəlik turlarda arzu edən hər bir şəxs, o cümlədən şəhərimizin qonaqları və yerli vətəndaşlar iştirak edə bilər. Turlarda iştirak kart sistemi ilə mümkün olacaq. Buraya mehmanxanalar, restoranlar, nəqliyyat qovşaqlarının əməkdaşları cəlb olunacaq. Asiya Universitetinin tələbələrinin də bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva