Mədəniyyət və Turizm Nazirliyi Gənc Ədiblər Məktəbinin üzvlərini xüsusi diplomlarla təltif edəcək. Diplomlar Gənc Ədiblər Məktəbinin iki illik fəaliyyəti dövründə məşğələlərdə ən fəal iştirak edən 50 üzvünə veriləcək. 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi gənc yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləmək məqsədi daşıyır. Məktəb üzvlərinin bir qismi Azərbaycan Yazıçılar Birliyinə qəbul olunub, bir qismi isə prezidentin xüsusi mükafatına layiq görülüb.
   Təqdimetmə mərasimi dekabrın 8-də M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar