Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq dekabrın 10-da və 18-də İTC Beynəlxalq Ticarət Mərkəzində videotreninqlər keçiriləcək. Treninqlərin mövzusu “Effektiv hotel meneceri” və “Restoran xidmətində standartlar”dır, hotellərin və restoranların idarə edilməsində müasir biznes texnologiyalarının tətbiqinə həsr edilib. Artıq bir çox hotellərin və içtimai-iaşə müəssisələrinin əməkdaşları treninqlərdə iştirak üçün qeydiyyatdan keçiblər. Maraqlanan şəxslər ətraflı məlumat əldə etmək üçün www.dair.az ünvanına müraciət edə bilərlər.
   Qurumdan verilən məlumatda o da qeyd olunur ki, bu treninqlər davamlı olacaq və gələcəkdə digər sahələri də əhatə edəcək.

   Fəxriyyə Abdullayeva