“Elm və təhsil” nəşriyyatında şair-publisist Mətanət Ulu Şirvanlının “Şəhidlik zirvəsi – Şamaxı şəhidləri” adlı yeni kitabı işıq üzü görüb.
Birinci və İkinci Qarabağ müharibələrindən bəhs edən kitabda müəllif Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən şamaxılı qəhrəman oğulların taleyi və döyüş yolundan söz açılır.
Kitabda “Heç kim unudulmur, heç kim yaddan çıxmır” başlığı altında yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibləri – şair-publisist Rəşad Məcid, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqalarının şəhidlərimiz haqqında fikirlərinə də yer verilib.
Redaktoru şair Hikmət Məlikzadə olan kitabda Vətən qəhrəmanlarının ömür yolu gənc nəslə əsl vətənpərvərlik örnəyi kimi təqdim edilir.