Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli bir sıra mədəniyyət müəssisələrinin əməkdaşları ilə birlikdə İrana səfər edib.Səfər çərçivəsində nümayəndə heyəti Təbriz Mərkəzi Kitabxanasının strukturu, fəaliyyəti ilə yaxından tanış olub. Hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da genişləndirmək üçün razılıq əldə edilib.
   Azərbaycanın İrandakı Konsulluğunun dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində tədbirdə Mərkəzi Elmi Kitabxana tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Azərbaycan elmi” kitabının təqdimat mərasimi keçirilib.
   A.Əliyeva-Kəngərli müəllifi olduğu “Azərbaycan folkloru və kitab mədəniyyəti”, “Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar”, “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” kitablarını Təbriz Mərkəzi Kitabxanasına hədiyyə edib.
   Təbriz Mərkəzi Kitabxanası tərəfindən də bir neçə çap məhsulu, o cümlədən “Molla Nəsrəddin Təbrizdə” kitabı Azərbaycan heyətinə təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar